Qərib cinlər diyarında filmi

Film var-dövlət arzusu ilə yaşayan kasıb kəndli balası-Qərib(Bəxtiyar Xanızadə) haqqında söhbət açır. Günlərin birində gəncin arzusundan xəbər tutan cinlər padşahı Akşad(Muxtar Maniyev) onu öz diyarına dəvət edir və gəncə çoxlu var-dövlət verəcəyini bildirir, amma bir şərtlə: oğlan cinlərə taxıl əkməyi və çörək bişirməyi öyrətməlidir. Gənc razılıq verir. Beləliklə, ilk baxışda elə görünür ki, o, məqsədinə çatıb, istəyinə nail olub. Lakin çox keçmir ki, Qərib evləri üçün darıxmağa, anasını(Firəngiz Şərifova), sevgilisini(Gülnarə Əfəndiyeva) tez-tez xatırlamağa başlayır. Yalnız bu zaman o, başa düşür ki, dünyada Vətəndən əziz heç nə yoxdur və ola bilməz.
Film insan iradəsinin yenilməzliyi, var-dövlətin vətənə, ailəyə məhəbbəti əvəz edə bilməyəcəyindən bəhs edir.

Rejissor: Əlisəttar Atakişiyev
Ssenari müəllifi: Hikmət Ziya
Operator: Şərif Şərifov
Rəssam: Fikrət Əhədov
Bəstəkar: Arif Məlikov
Səs operatoru: Vladimir Savin

Rollarda:

Bəxtiyar Xanızadə – Qərib, Sahib
Muxtar Maniyev – Akşad
Amaliya Pənahova – Zərri
Ağahüseyn Cavadov – Qaraşad
Hamlet Xanızadə – Raki
Gülnarə Əfəndiyeva – Zərəngiz
Firəngiz Şərifova – Tükəz
Ələsgər Məmmədoğlu- Əsra
Mübariz Əlixanoğlu- Kəsra
Əhməd Əhmədov – Riqdas
Gündüz Abbasov – İblis
Yusif Yulduz – Falçı
Sadıq Hüseynov – Əsir qoca
Gümrah Rəhimov – Kəndli
S. Əliyev – Cəllad
Ramiz Əzizbəyli – Əxras
Rəşid Mahmudzadə – Cin
Cəmilə Atayeva – Cin
Fərəc Fərəcov – Qara cin (titrlərdə yoxdur)

238
01:09:49
100%
Səsvermə : 4