Qanlı zəmi filmi

Qanlı zəmi filmi rejissorlar Həsənağa Turabov və Əbdül Mahmudov tərəfindən 1985-ci ildə ekranlaşdırılmışdır. Kəskin süjetli filmdə xalq qisasçısı, əfsanəvi qəhrəman Qaçaq Nəbidən, onun dəstəsinin göstərdiyi igidliklərdən söhbət açılır. Film aktyor Həsənağa Turabovun quruluşçu rejissor kimi kinoda ilk işidir. Film 1-ci kateqoriyaya layiq görülüb. Film “Azərbaycanfilm” kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Həsənağa Turabov, Mömünat Qurbanova, Gümrah Rəhimov, Ənvər Həsənov, Ömür Nağıyev, Eldəniz Quliyev, Rasim Balayev, Ramiz Əzizbəyli, Şahmar Ələkbərov ifa edirlər.

XIX əsrin sonlarında Azərbaycanın torpaqlarında çar canişinlərinin hakimiyyətinə, xalqın hesabına varlanan feodal əyanlarına və tacirlərinə qarşı silahlı kəndli dəstələri yaranırdı. Həmin dəstələrdən birinə xalq qəhrəmanı Qaçaq Nəbi başçılıq edirdi. Onun arvadı qorxmaz Həcər də əri ilə birgə həmin dəstədə vuruşurdu.

116
01:02:51
100%
Səsvermə : 3