Kişi sözü filmi

Ömrü kişi kimi yaşamaq, öz sözünün ağası olmaq asandırmı? Adam həyatda öz yerini necə tapmalıdır? Film bu suallara cavab verir. Müasir Azərbaycan kəndindən bəhs edən kinolentdə namus, ləyaqət və şan-şöhrət kimi məsələlərə toxunulur.

Hər bir valideyn üçün cəmiyyətdə yerini tapan, öz mənliyini təsdiq edən övlad böyütmək əsl səadətdir. Lakin həyatın özünəməxsus qanunları var. Məhz buna görə bəzən həyat hər kəsin arzuladığı kimi olmur. Filmin qəhrəmanı Qasım (Əjdər Həmidov) üçün də həyat sınaq məktəbinə çevrilir…

Rejissor: Cahangir Mehdiyev
Ssenari müəllifi: İsi Məlikzadə
Operator: Eduard Qalakçiyev, Fikrət Əsgərov
Rəssam: Fikrət Əhədov
Bəstəkar: Vasif Adıgözəlov
Səs operatoru: Kamal Seyidov
Montaj rejissoru: Nataliya Albitskaya, Lyudmila Lotina

Rollarda:

Əjdər Həmidov – Qasım
Muxtar Avşarov – Ələmdar
Cəvahir Bayramova – Nübar
Tələt Rəhmanov – Bayandur
Əfrasiyab Məmmədov – Nəbi
Cahangir Mehdiyev – Niyaz
Sənubər İsgəndərli – Solmaz
Leyla Bədirbəyli – Xavər
İradə Həsənova – Ağca
Lətifə Əliyeva – Qəndab
Kəmalə Hüseynova(Kəmalə Abdullayeva kimi)-Tovuz
Aydın Həmidov -Poçtalyon
Elnur Mehdiyev – Velosipedli oğlan
Balabəy Balabəyov – Arıq sürücü
Nazim Ağayev – Atayev
Nizami İsmayılov – Rejissor
Dilarə Hüseynova
Ə. Əhmədov
S. Nəbiyeva
Naibə Şirinova
Nuriyyə Əhmədova
N. Kazımov
Telli Hüseynova

258
01:10:46
100%
Səsvermə : 2