Dədə Qorqud filmi

Filmdəki hadisələrin mərkəzində xalq dayanır. Burada xalqın taleyi, tarixi proseslərdə rolu, uzaq keçmişi, adət və ənənələri barədə danışılır.

Dədə Qorqud (Həsən Məmmədov) saysız-hesabsız insan fəlakətlərinin, ardı-arası kəsilməyən müharibələrin şahidi olan və insanları başı bəlalı torpaqda azad əməyə səsləyən müdrik qocadır.

Kino əsəri canlı döyüş meydanını bərəkətli əkin yerlərinə çevirmək tövsiyəsi ilə bitir : “Əgər torpaq qorunmursa əkilməyinə dəyməz, əgər əkilmirsə, onda qorunmağına dəyməz”.

Filmdə vətənə məhəbbət, dostluq, qardaşlıq və sədaqət kimi yüksək hisslər tərənnüm olunur.

Rejissor: Tofiq Tağızadə
Ssenari müəllifi: Anar
Operator: Rasim İsmayılov
Rəssam: Nadir Zeynalov
Bəstəkar: Emin Sabitoğlu
Səs operatoru: Vladimir Savin
Montaj rejissoru: Tamara Nərimanbəyova

Rollarda:

Həsən Məmmədov-Dədə Qorqud
Həşim Qadoyev-Qazan
Rasim Balayev-Beyrək
Givi Toxadze-Alp Aruz
Hamlet Qurbanov-Qıpçaq Məlik
Leyla Şıxlinskaya-Banıçiçək
Şəfiqə Məmmədova-Burla xatun
İnarə Quliyeva-Selcan
Elçin Məmmədov-Qaraca çoban
Fərhad Yusifov-Tural
Dinarə Yusifova-Günel
Əli Haqverdiyev-Yalıncıq
Gündüz Abbasov-Bəybura
Əfrasiyab Məmmədov-Bayandır xan
Mikayıl Mirzə-gor qazan
Rafiq Kərimov
Səməd Lazımov
Kamal Xudaverdiyev-Bəybecan
İ. Muxtəliyev
Məmmədağa Dadaşov
C. Qafarov
Mayak Kərimov-igid
Şəmsi Şəmsizadə-igid
Ə. İbrahimov
R. Baxşiyev
Ənvər Həsənov-atoynadan
N. Hacıbəyova
Nataliya Tağıyeva (Nailə Bağırova kimi)-Günelin dayəsi
Y. Məmmədov
İ. Əliyev
Sofa Bəsirzadə-dayə
Fəxri Həsənov-Nəvə
Cəmilə Atayeva-Qıpçaq Məliyin kənizi
Tariyel Qasımov-Qılbaş
Gümrah Rəhimov-Aruzun adamı
Elxan Əhədzadə
Rafiq Qasımov
H. Səlimov
N. Məhərrəmov

504
02:06:06
100%
Səsvermə : 4