Bədii film (28 film)

  • arxadan-vurulan-zerbe Arxadan vurulan zərbə
    1084
    01:18:06
    71%

    Film Əhməd Qəmərlinin (Həsən Məmmədov) müəmmalı şəraitdə qətlə yetirilməsi haqqındadır. Respublika cinayət axtarışı müstəntiqi Gündüz Kərimbəyli (Şahmar Ələkbərov) uzun axtarışlardan sonra cinayətkarı tapmağa müvəffəq olur. Müəlliflər burada insan iradəsinin yenilməzliyindən, Vətən məhəbbətinin hər şeydən üstün olmasından söhbət açmışlar. Rejissor: Arif Babayev Ssenari müəllifi: Elçin Operator: Valeri Kərimov Rəssam: Elbəy Rzaquliyev Bəstəkar: Xəyyam Mirzəzadə Rollarda: Şahmar…

  • asif-vasif-agasif Asif, Vasif, Ağasif
    1062
    01:03:46
    100%

    Film çox yığcam, adi həyat hadisələrindən ibarət bir süjetə malikdir. Onun mərkəzində Asif (Emil Pənahov), Vasif (Ramin Aslanov) və Ağasif (Hökümə Cəlilova) adlı üç oğlu olan gənc bir ailə və bu ailənin, uşaqların təlim-tərbiyəsi ilə bağlı qayğıları durur. Ata (Məmməd Məmmədov) vaxtının çoxunu iş yerində keçirdiyindən övladlarının tərbiyəsini ana (Şükufə Yusifova) öz öhdəsinə götürmüşdür. O,…

  • nesimi Nəsimi
    1016
    01:37:50
    83%

    Film Azərbaycan xalqının görkəmli şair və filosofu, hürufi təriqətinin nəğməkarı, insan zəkasının, istedadının və hisslərinin gözəlliyinin tərənnümçüsü İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə həsr olunmuşdur Rejissor: Həsən Seyidbəyli Ssenari müəllifi: İsa Hüseynov Operator: Rasim İsmayılov Rəssam: Məmməd Hüseynov, Mais Ağabəyov Bəstəkar: Tofiq Quliyev Səs operatoru: Akif Nuriyev Montaj rejissoru: Tamara Nərimanbəyova Rollarda: Rasim Balayev –…

  • olum-novbesi Ölüm növbəsi
    1016
    01:16:12
    62%

    Bakıətrafı kəndlərin birində baş verən dramatik əhvalatın mərkəzində mənəviyyat və əxlaq, məhəbbət və sədaqət məsələləri durur. Rejissor: Fikrət Əliyev Ssenari müəllifi: Fikrət Əliyev İlqar Fəhmi Operator: Rafiq Quliyev Rəssam: Mais Ağabəyov Bəstəkar: Rauf Əliyev Montaj rejissoru: Elşad Rəhimov Rollarda: Şamil Süleymanlı — Şamil Qorxmaz Əlili – Əmirqulu Abbas Qəhrəmanov – Murtuz Orxan Hüseynli – Əjdər…

  • yeddi-ogul-isterem Yeddi oğul istərəm
    982
    01:30:17
    75%

    Film inqilabın qələbəsinə sidqi-ürəklə inanan və qələbə naminə canlarından belə keçməyə hazır olan qəhrəman oğullar – 20-ci illərin komsomolçuları haqqında romantik hekayətdir. Rejissor: Tofiq Tağızadə Əsərin müəllifi: Səməd Vurğun Ssenari müəllifi: Yusif Səmədoğlu Operator: Rasim İsmayılov Rəssam: Nadir Zeynalov Bəstəkar: Xəyyam Mirzəzadə Səs operatoru: Vladimir Savin Montaj rejissoru: Tamara Nərimanbəyova Rollarda: Həsən Məmmədov — Bəxtiyar…

  • kisi-sozu Kişi sözü
    975
    01:10:46
    60%

    Ömrü kişi kimi yaşamaq, öz sözünün ağası olmaq asandırmı? Adam həyatda öz yerini necə tapmalıdır? Film bu suallara cavab verir. Müasir Azərbaycan kəndindən bəhs edən kinolentdə namus, ləyaqət və şan-şöhrət kimi məsələlərə toxunulur. Hər bir valideyn üçün cəmiyyətdə yerini tapan, öz mənliyini təsdiq edən övlad böyütmək əsl səadətdir. Lakin həyatın özünəməxsus qanunları var. Məhz buna…

  • bext-uzuyu Bəxt üzüyü
    966
    01:36:53
    90%

    Bu qrotesk film qəhrəmanlardan biri – Saranın (Gülşad Baxşıyeva) bəxt üzüyünün itməsi əhvalatı üzərində qurulmuşdur. Əslində isə burada söhbət bir nəfərin deyil, bütün xalqın bəxtinin itməsindən gedir. Moşu (Valeh Kərimov) kimilər isə bu itirilmiş bəxti axtarmaqdansa, “xoşbəxtliyə” qafiyə axtarmaqla məşğul olur, öz – özünü və ətrafındakıları aldadırlar. İnsanlar, bir – birinizə laqeyd qalmayın, diqqətli olun….

  • axirinci-asirim Axırıncı aşırım
    913
    01:23:20
    83%

    Kinoromandır. Kino əsərindəki dramatik hadisələr Azərbaycanın dağ kəndlərinin birində sovet hakimiyyəti qurulduğu ilk illərdə baş verir. Rejissor: Kamil Rüstəmbəyov Ssenari müəllifi: Fərman Kərimzadə Operator: Rasim İsmayılov Rəssam: Nadir Zeynalov Bəstəkar: Arif Məlikov Rollarda Həsən Məmmədov – Abbasqulu bəy Adil İsgəndərov – Kərbəlayi Məlik Dadaşov – Qəmlo Hamlet Xanızadə – Talıbov Həsənağa Turabov – Xəlil Şəmsi…

  • sir-evden-getdi Şir evdən getdi
    911
    02:05:20
    66%

    Musiqili film uşaq aləminin gözəlliyindən, onların xarakterlərindən, uşaqlarla heyvanların dostluğundan bəhs edir. Rejissor: Rasim İsmayılov Ssenari müəllifi: Yuri Yakovlev (II) Operator: Rasim İsmayılov, Şərif Şərifov Rəssam: Firəngiz Qurbanova Bəstəkar: Tofiq Quliyev Səs operatoru: Akif Nuriyev Montaj rejissoru: Rəfiqə İbrahimova Rollarda: Yuri Senkeviç – şir Sergey Yurski – ovçu; ekskurisya bələdçisi; qarovulçu Elxan Cəfərov – Rüstəm…

  • deli-kur Dəli Kür
    898
    01:30:29
    71%

    Kinoromanda keçən əsrin əvvəllərində Azərbaycanın qabaqcıl ziyalılarının formalaşmasından, ilk mütərəqqi pedaqoqların fəaliyyətindən, qabaqcıl ziyalıların Zaqafqaziya xalqlarına göstərdikləri köməkdən və insanlarda azadlıq şüurunun formalaşmasından söhbət gedir. Rejissor: Hüseyn Seyidzadə Əsərin müəllifi: İsmayıl Şıxlınski Ssenari müəllifi: İsmayıl Şıxlınski Operator: İqor Boqdanov Rəssam: Nadir Zeynalov Bəstəkar: Cahangir Cahangirov Səs operatoru: Akif Nuriyev Montaj rejissoru: Y.Fomina Rollarda: Ələddin Abbasov…

  • sirbalanin-mehebbeti Şirbalanın məhəbbəti
    858
    01:20:50
    85%

    Burada filmin qəhrəmanı Şirbalanın(Hacıbaba Bağırov) məzəli və əyləncəli məhəbbət sərgüzəştlərindən danışılır. Rejissor: Cəmil Quliyev Əsərin müəllifi: Rüfət Əhmədzadə Ssenari müəllifi: Zülfüqar Rüfətoğlu, Hacıbaba Bağırov Operator: Yuri Varnovski Rəssam: Mayis Ağabəyov Bəstəkar: Cavanşir Quliyev Səs operatoru: Vladimir Savin Montaj rejissoru: Tahirə Babayeva Rollarda: Hacıbaba Bağırov – Şirbala Həmidə Ömərova – Nazlı Kübra Əliyeva – Ümbülnisə Novruz…

  • koroglu Koroğlu
    853
    01:02:16
    88%

    Qəhrəmanlıq kino dastanı əfsanəvi qəhrəman Koroğlu (Əfrasiyab Məmmədov) haqqında eyniadlı məşhur xalq dastanının ekran variantıdır. Burada Azərbaycan xalqının yadelli işğalçılara və yerli zülmkarlara qarşı apardığı mübarizədən danışılır. Rejissor: Hüseyn Seyidzadə Ssenari müəllifi: Sabit Rəhman Operator: Vladimir Meybom, Fyodor Dobronravov Rəssam: Pyotr Veremenko Bəstəkar: Cahangir Cahangirov Səs operatoru: Kərim Əmirov Rollarda: Əfrasiyab Məmmədov – Rövşən (Koroğlu)…

  • ulduz Ulduz
    798
    01:12:57
    50%

    Kinokomediya iki sevən gəncin saf məhəbbətindən, eyni zamanda elmin həyatla əlaqəsindən, kəndin qabaqcıl ziyalılarının elmlə heç bir əlaqəsi olmayanlara, vəzifəpərəstlərə qarşı apardıqları mübarizədən danışır. Rejissor: Ağarza Quliyev Əsərin müəllifi: Süleyman Ələsgərov Ssenari müəllifi: Ağarza Quliyev, Hüseyn Nəcəfov Operator: Yuli Fogelman Rəssam: Kamil Nəcəfzadə Bəstəkar: Süleyman Ələsgərov Səs operatoru: Şamil Kərimov Rollarda: Tamilla Rüstəmova – Ulduz…

  • qatir-memmed Qatır Məmməd
    795
    01:26:44
    33%

    Kinolent 1919-1920-ci illərdə Gəncə quberniyasında baş vermiş inqilabi kəndli hərəkatı və onun əfsanəvi başçısı, xalq arasında məşhur olan Qatır Məmməd (əsl adı-Məmməd Əli oğlu Məmmədov) haqqında söhbət açır. Rejissor: Rasim Ocaqov Əsərin müəllifi: Zeynal Xəlilov Ssenari müəllifi: Mixail Maklyarski, Kirill Rapoport Operator: Teyyub Axundov, Şərif Şərifov Rəssam: Nadir Zeynalov, Rafiz İsmayılov Bəstəkar: Cahangir Cahangirov Səs…

  • yuxu Yuxu
    795
    01:19:28
    100%

    Film iki sevən gəncin məhəbbətindən bəhs edir. Filmdəki hadisələr bizim günlərdə səfalı Abşeron qəsəbələrindən birində, baş qəhrəmanın yuxusu ətrafında cərəyan edir. Əliabbas (İlham Qasımov) sevgilisinə qovuşmaq üçün nə dedi-qodulardan qorxur, nə də hədələrdən. O öz xoşbəxtliyi uğrunda mübarizə aparır… Və istədiyinə nail olur. Rejissor: Fikrət Əliyev Ssenari müəllifi: Qasım Səfəroğlu, Fikrət Əliyev Operator: Valeri Kərimov…

  • dede-qorqud Dədə Qorqud
    786
    02:06:06
    80%

    Filmdəki hadisələrin mərkəzində xalq dayanır. Burada xalqın taleyi, tarixi proseslərdə rolu, uzaq keçmişi, adət və ənənələri barədə danışılır. Dədə Qorqud (Həsən Məmmədov) saysız-hesabsız insan fəlakətlərinin, ardı-arası kəsilməyən müharibələrin şahidi olan və insanları başı bəlalı torpaqda azad əməyə səsləyən müdrik qocadır. Kino əsəri canlı döyüş meydanını bərəkətli əkin yerlərinə çevirmək tövsiyəsi ilə bitir : “Əgər torpaq…

  • girov Girov
    758
    01:31:12
    80%

    Dağlıq Qarabağ uğrunda müharibə zamanı sərhədyanı zonada yaşayan qonşular bir gecənin içində düşmənə çevrilir. Azərbaycanlı Kərim ermənilər tərəfindən girov götürülür. Kənd əhalisinin qərarına əsasən onu dəyişmək üçün həyat yoldaşının (Gülər Nəbiyeva) sərəncamına bir erməni (Qurban İsmayılov) girov verilir. Lakin zaman keçdikcə Kərimin həyat yoldaşı “düşmən”in də insani cəhətlərə malik olduğunu və bənzər vəziyyətdə olmasını aşkar…

  • qerib-cinler-diyarinda Qərib cinlər diyarında
    703
    01:09:49
    100%

    Film var-dövlət arzusu ilə yaşayan kasıb kəndli balası-Qərib(Bəxtiyar Xanızadə) haqqında söhbət açır. Günlərin birində gəncin arzusundan xəbər tutan cinlər padşahı Akşad(Muxtar Maniyev) onu öz diyarına dəvət edir və gəncə çoxlu var-dövlət verəcəyini bildirir, amma bir şərtlə: oğlan cinlərə taxıl əkməyi və çörək bişirməyi öyrətməlidir. Gənc razılıq verir. Beləliklə, ilk baxışda elə görünür ki, o, məqsədinə…

  • qem-penceresi Qəm pəncərəsi
    689
    02:06:42
    100%

    Filmdə yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin uşaqlıq dövrü ilə bağlı hadisələr öz əksini tapmışdır. Rejissor: Anar Əsərin müəllifi: Cəlil Məmmədquluzadə Ssenari müəllifi: Anar Operator: Hüseyn Mehdiyev Rəssam: Elbəy Rzaquliyev, Rafiq Nəsirov Səs operatoru: Tatyana Kərimova Montaj rejissoru: Nelli Dadaşova Rollarda: Həsənağa Turabov – Mirzə Cəlil; Cəlilin atası Elmira Şabanova – Həmidə İlham Səfərov – Cəlil (uşaq)…

  • xoca Xoca
    679
    01:47:20
    100%

    Janr: Müharibə, Dram, Tarix. Ölkə: Azərbaycan. Film Şirkəti: Bakıfilm, ANS. Sloqan: “Gəlin dönək evə” Rejissor: Vahid Mustafayev Ssenari: Vahid Naxış Produsser: Mir Şahin, Eyyub Danişvər. Səs Rejissoru: Məsud Behnam Operator: Afşin Əlizadə Bəstəkar: Yaşar Baxış Montaj: Elşad Rəhimov Rollarda: İlqar Musayev, Nigar Bahadirqızı, Telman Əliyev, Nəcibə Hüseynova, Mina, Elmira Yaqubova.. Film haqqında: İki gənc –…