Bircəciyim filmi

Kino əsəri cəmiyyətimizin mənəvi həyatı ilə bağlı aktual məsələlərə toxunur. Uşaq evində tərbiyə alıb boya – başa çatmış, həyatda ilk addımlarını atarkən gözlənilmədən dramatik vəziyyətə düşən iki sevən gəncin ülvi məhəbbət əhvalatı filmin mərkəzində durur. Burada dostluq, sədaqət, kollektivizm hissi kimi mənəvi dəyərlərdən söhbət gedir. Yalnız qarşılıqlı kömək, güzəştə getməmək, ədalətin zəfər çalacağına qəti inam gənc qəhrəmanlara düşdükləri çətin vəziyyətdən birgə çıxış yolu axtarıb tapmağa kömək edir.

Gənclər tikintidə çalışırlar və qarşılarına çıxan çoxlu çətinlikləri ləyaqətlə aradan qaldırırlar.

Rejissor: Ənvər Əbluc
Əsərin müəllifi: İlyas Əfəndiyev
Ssenari müəllifi: Yuri Çulyukin
Operator: Kənan Məmmədov
Rəssam: Fikrət Əhədov
Bəstəkar: Mobil Babayev
Səs operatoru: Akif Nuriyev
Montaj rejissoru: Esmira İsmayılova

Rollarda:

Mehriban Xanlarova – Sarıköynək
Kamil Zöhrabov – Valeh
Həsən Məmmədov – Muradzadə
Hamlet Xanızadə – Məcidov
Ramiz Məlikov – Yusifov
Əhməd Salahov – Rövşən
Rafiq Əzimov – Musa
Vüqar Qasımov(V. Qasımov kimi)
Amaliya Pənahova – Zabitə
Vəliəhd Vəliyev – Camal
Ötkəm İsgəndərov – İlkin
Ömür Nağıyev – Eldar
Fərhad İsrafilov – Zeynal
Əliqulu Səmədov – Sərvər
Cahangir Aslanoğlu
Həsən Əbluc – Təhqiqatçı
Yusif Əlizadə – Təhqiqatçı
Fikrət Əhədov
Əhməd Əhmədov
C. Cəfərov
Lətifə Əliyeva – Musanın arvadı
Nuriyyə Əhmədova – Bardakı qadın
Azər Zeynalov – Bardakı çalğıçı
Eldəniz Rəsulov – Bardakı oğlan
Zilli Namazov – Rəqs edən
Mayak Kərimov – Milis işçisi
Mübariz Tağıyev – Müğənni (titrlərdə yoxdur)
Nəbi Qədirov – Restorandakı adam (titrlərdə yoxdur)

280
01:06:46
100%
Səsvermə : 1