Asif, Vasif, Ağasif filmi

Film çox yığcam, adi həyat hadisələrindən ibarət bir süjetə malikdir. Onun mərkəzində Asif (Emil Pənahov), Vasif (Ramin Aslanov) və Ağasif (Hökümə Cəlilova) adlı üç oğlu olan gənc bir ailə və bu ailənin, uşaqların təlim-tərbiyəsi ilə bağlı qayğıları durur. Ata (Məmməd Məmmədov) vaxtının çoxunu iş yerində keçirdiyindən övladlarının tərbiyəsini ana (Şükufə Yusifova) öz öhdəsinə götürmüşdür. O, oğlanlarını dəbdə olan “tərbiyə üsulları” ilə böyütmək fikrindədir. Ana xüsusi cədvəl tərtib edir: uşaqlar musiqi və idmanla məşğul olmalı, xarici dil, süfrə arxasında, böyüklərin yanında davranmaq qaydalarını öyrənməlidirlər. Nənənin (Leyla Bədirbəyli) hərdən eşidilən etirazı evdə ancaq qanqaralığa səbəb olur. Atalarının gəlişi isə uşaqlar üçün əsl toy-bayrama çevrilir.

Filmdəki hadisələr də məhz Asif, Vasif, Ağasifin ataları ilə gəzintiyə çıxdıqları zaman baş verən “sərgüzəştlər”, daha doğrusu, ortancıl qardaşın “əyləncələri” ətrafında cərəyan edir…

Rejissor: Rasim İsmayılov
Ssenari müəllifi: Nadejda İsmayılova
Operator: Aleksandr Melkumov
Rəssam: Məmməd Hüseynov
Bəstəkar: Ruhəngiz Qasımova

Rollarda:

Emil Pənahov — Asif
Ramin Aslanov — Vasif
Hökümə Cəlilova — Ağasif
Məmməd Məmmədov — Riyad
Şükufə Yusupova — Dilarə
Leyla Bədirbəyli — nənə
Nəzri Babayeva — Lalə
Ramiq Həsənov — Nadir
Yuliya Kokoplina — Nana
Nərgiz Cəfərli — Nərgiz
Zaur Mansurov — Zaur
Təranə Həşimova — Elmira
Pərvanə Həşimova — Esmira
Xalidə Quliyeva — Sona müəllimə
Ramiz Əzizbəyli — milis nəfəri
H. İsmayılov
Zemfira Sadıqova — bağça müdirəsi
Ruhəngiz Qasımova — kinozal müdirəsi
Nahidə Orucova — musiqi müəlliməsi
Ömür Nağıyev — Riyadın tanışı
Yusif Qasımov
Böyükağa Qasımov
Ləman Babayeva
Ramil Şəkərov
Bəxtiyar Əliağayev
Sevinc Səfərova
Fərid Əliyev
Namiq Acalov
A. Məmmədzadə
Gümrah Rəhimov — satıcı
Cahangir Aslanoğlu — xəstə
Nəcibə Hüseynova — müəllimə
Afaq Quliyeva — bağçadakı uşaq

399
01:03:46
100%
Səsvermə : 5